Mingəçevir sakini dinini dəyişməyən arvadını öldürdü
0
0
Müsəlman ərlə xristian arvad arasındakı mübahisə qətllə bitib
Avqustun 1-də Mingəçevir rayonunda qətl hadisəsi baş verib. Mingəçevir şəhər Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 25 yaşlı İlkin Aydın oğlu Alıyev arvadı Yelena Aleksandrovna Şirinovanı öldürüb.
Məlumata əsasən, ər-arvad arasında mübahisə düşüb. İlkin Alıyev Yelena Şirinovaya dinini dəyişdirərək xristianlıqdan islam dininə keçməyi tələb edib. Qadın buna qarşı olduğundan aralarında mübahisə düşüb. Nəticədə İlkin Alıyev Yelena Şirinovanı qətlə yetirib.
Vüqar Baba