İsmayıllı meşəsində qətl
03 avqust 2010 17:30 (UTC +04:00)

İsmayıllı meşəsində qətl

Mərhumun tanışı ilə meşəlikdə yeyib-içdikdən sonra daşla vurularaq öldürüldüyü güman edilir

Avqustun 2-də İsmayıllı rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sumağallı kəndindəki meşəlikdən 51 yaşlı Eldar Məcid oğlu Qaysaqovun meyiti tapılıb.


Eldar Qaysaqovun cəsədinin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Onun başından daşla vurulma nəticəsində öldüyü bildirilir. Şübhəli şəxs qismində 38 yaşlı Hikmət Mirzəyev saxlanılıb.


Güman olunur ki, bu iki şəxs meşəlikdə birlikdə yeyib-içdikdən sonra aralarında dava düşüb. Mübahisə zamanı Hikmət Mirzəyev daşla Eldar Qaysaqovun başına vuraraq öldürüb.


Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar