FHN kömək üçün Rusiyaya iki helikopter göndərib
04 avqust 2010 14:30 (UTC +04:00)

FHN kömək üçün Rusiyaya iki helikopter göndərib

0
Bu helikopterlər Voronej və Lipetsk şəhərlərinin yaxınlığında meşə yanğınlarının qarşısının alınmasında iştirak edəcək


Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rusiyada meşə yanğınları ilə əlaqədar bu ölkəyə iki helikopter göndərib.


APA-nın məlumatına görə, yanğınsöndürən vertolyotlar 19 nəfərlik heyətlə bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiyaya yola düşüb. FHN-in Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə açıqlamasında Rusiyaya göndərilən vertolyotlardan birinin “Mi-17-1B” markalı, digərinin isə “Ka-32A” markalı yanğınsöndürən helikopteri olduğunu qeyd edib.


Bu helikopterlər Rusiyanın Voronej və Lipetsk şəhərlərinin yaxınlığında meşə yanğınlarının qarşısının alınmasında iştirak edəcək. Nümayəndə heyətinin Rusiyada iki həftə qalacaqlarını vurğulayan Ə. Qasımov zərurət yaranacağı təqdirdə, bu müddətin uzana biləcəyini də istisna etməyib. O, helikopterlərin yanğınsöndürmə işlərinə sabahdan başlayacağını də sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar