Bakıda yaş yarımlıq uşaq 7-ci mərtəbədən düşüb öldü
06 avqust 2010 13:30 (UTC +04:00)

Bakıda yaş yarımlıq uşaq 7-ci mərtəbədən düşüb öldü

Bakının Yasamal rayonunda faciəvi hadisə baş verib. Bu barədə Lent.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilib ki, avqustun 5-də səhər saatlarında rayonun Ə. Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binanın 7-ci mərtəbəsindən 2008-ci il təvəllüdlü Rəşad Zəkiyev yıxılaraq ölüb. Mərhumun 1 yaş 6 aylıq olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar