Tanınmış jurnalist Şaiq Bəhramoğlu vəfat edib
Azərbaycanın tanınmış jurnalistlərindən Şaiq Bəhramoğlu (Məmmədov) dünyasını dəyişib.
Bu barədə APA-ya onun dostu Fəxrəddin Ağazadə məlumat verib. Ş.Bəhramoğlu avqustun 9-da həyat yoldaşı ilə birlikdə Salyan rayonuna yasa gedib. Uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkən Ş.Bəhramoğlunun vəziyyəti Salyanda qəflətən pisləşib və o, vəfat edib.
Ş.Bəhramoğlu 1945-ci il avqustun 21-də Füzuli rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirib. Uzun müddət «Bakınskiy raboçiy» və «Vışka» qəzetlərində müxbir, 1992-1996-cı illərdə «Azərbaycan» qəzetinin rus variantının (“Azerbaydjan”) baş redaktoru, 1997-2006-cı illərdə «Qanun» jurnalının rus variantının redaktoru işləyib.
2006-cı ildən xəstəliyi ilə əlaqədar işdən uzaqlaşıb. Hüquq sahəsində bir sıra tərcümələrin müəllifi olan Ş. Bəhramoğlu Azərbaycan Esperanto Cəmiyyətinin yaradıcısı və sədri, «Esperanto» Beynəlxalq Təşkilatının Azərbaycandakı yeganə təmsilçisi idi.
Allah rəhmət eləsin!

Oxşar yazılar

Zaqatalaya yeni prokuror təyin olundu
15 iyul 2025 , 13:07
Gənc oğlan qayıanasının pul və qızıllarını oğurladı
15 iyul 2025 , 12:51
Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
15 iyul 2025 , 12:24
Azərbaycanda yanan şagird öldü
15 iyul 2025 , 11:27
Abşeron Gənclər şəhərciyində PARTLAYIŞ: ölən var - VİDEO - YENİLƏNİB
15 iyul 2025 , 10:29
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
15 iyul 2025 , 09:24
Antibiotiklərə erkən məruz qalma körpələrin immun sistemini zəiflədir
15 iyul 2025 , 06:08