Türkiyədə neft kəməri partladıldı
11 avqust 2010 11:30 (UTC +04:00)

Türkiyədə neft kəməri partladıldı

2 nəfər yanaraq ölüb

Türkiyənin Şırnaq vilayətinin İdil rayonu yaxınlığında neft kəməri partladılıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, BOTAŞ-a məxsus kəmərin partlamasından sonra yanğın baş verib. Yanğın yaxınlıqdan keçən avtomobilə sıçrayıb. Nəticədə avtomobildəki 2 nəfər yanaraq ölüb.

Hazırda boru kəməri vasitəsilə neftin nəqli dayandırılıb. Ərazidə yanğınsöndürənlər işləyir.
Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar