Sabirabadda silahlı insident: 1 ölü
13 avqust 2010 18:30 (UTC +04:00)

Sabirabadda silahlı insident: 1 ölü

Rayon sakini öz dayısı oğlunu qətlə yetirdi

Avqustun 12-də saat 20:00 radələrində Sabirabad rayonunda qohumlar arasında ölümlə nəticələnən silahlı insident olub. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qalağayın kənd sakini öz dayısı oğlunu qətlə yetirib.

İnsident nəticəsində 44 yaşlı Mühəbbət Zülfəli oğlu Əliyev hadisə yerində keçinib. Onu qətlə yetirən 24 yaşlı Elşad Ramazan oğlu Bədəlov avqustun 13-də saat 01:00 radələrində tutulub.

Hadisənin təfərrüatları hələlik məlum deyil. Rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar