Hərbi Akademiyanın müdavimləri qəzaya düşdü, 1 ölü, 4 yaralı
16 avqust 2010 12:30 (UTC +04:00)

Hərbi Akademiyanın müdavimləri qəzaya düşdü, 1 ölü, 4 yaralı

Hadisə Xətai rayonu ərazisində baş verib


Bakının Xətai rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.



Bu barədə Lent.az-a Xətai Rayon Polis İdarəsindən bildirilib. Avqustun 16-da gecə saatlarında rayonun Gəncə prospektində Bakı şəhəri sakini Xəyyam Azadovun idarə etdiyi “Mercedes” markalı və Rüfət Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan Rüfət Mirzəyev və onun sərnişinləri - Ali Hərbi Akademiyanın müdavimləri Nurlan Əmənov, Pünhan Ağayev, Rahib Səfərov və Səxavət Babayev xəstəxanaya yerləşdiriliblər.


Yaralılardan Nurlan Əmənovun həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


Fərid ƏKbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar