Bakıda 3 avtomobil toqquşdu: 3 ölü, 3 yaralı
16 avqust 2010 13:00 (UTC +04:00)

Bakıda 3 avtomobil toqquşdu: 3 ölü, 3 yaralı

0
Bakı-Qazax yolunun 8-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Qaradağ rayonu ərazisindən baş verən hadisə zamanı Elxan Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil, Etibar Rəfiyevin idarə etdiyi “Mercedes” markalı və Kamran Cəfərovun idarə etdiyi “VAZ 21011” avtomobillər toqquşub. Nəticədə hər iki “Mercedes”in sürücüsü və sərnişin Faiq Qaraşov hadisə yerində ölüb. Digər sərnişinlər Aqşin Bayramov, İdris Əlizadə və 55-60 yaşlarında bir qadın ağır xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar