Azərbaycan-İran sərhədində
Qaçaqmalçılar sərhədçilərə silahlı müqavimət göstəriblər
Azərbaycan-İran sərhədində atışma olub. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsindən məlumat verilib.
Hadisə bir neçə gün əvvəl Azərbaycan-İran sərhədinin Yardımlı rayonu ərazisində qaçaqmalçılarla sərhədçilər arasında baş verib. Azərbaycan-İran sərhədini qanunsuz keçən 4 nəfərdən ibarət dəstə ilə sərhədçilər arasında baş verən silahlı insident zamanı qaçaqmalçılardan biri zərərsizləşdirilib. Digər dəstə üzvləri isə qaçmağa müvəffəq olublar. Hadisə baş verən ərazidən qaçaqmalçılara məxsus 5 kiloqram həşiş, 1 ədəd tapança, 4 ədəd tapança patronu, 1 ədəd tapança gilizi, 2 ədəd avtomat gilizi və 300 blok müxtəlif adda siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15