Saxlanılan şəxs Binəqədi Polis İdarəsindən qaçıb
5-ci dəfə tutulan şəxs soyğunçuluqda təqsirləndirilir
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında monitorinq keçirib.
Komitə sədrinin APA-ya verdiyi məlumata görə, təcridxanada saxlanılan şəxslərin saxlanma şəraitindən şikayətləri yoxdur: “Orada 8 nəfər saxlanılırdı. Heç bir şikayətləri yoxdur”.
Hüquq müdafiəçisi Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasından bir nəfərin qaçdığını da bildirib. Onun sözlərinə görə, avqustun 15-də Məftun Musayev adlı şəxs təcridxanadan qaçıb. M.Musayevin Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə təqsirləndirildiyi və beşinci dəfə həbs olunduğu bildirilir.
Binəqədi rayon Polis İdarəsindən və rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. M. Musayevin tutulması ilə bağlı tədbirlər görülür.

Oxşar yazılar

Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21
Zaqatalada AĞAC TERRORU: Polis araşdırmalara başladı - VİDEO
14 iyul 2025 , 17:19Çimərliyi ildırım vurdu: Ölənlər və yaralananlar var
14 iyul 2025 , 16:18
Atasını balta ilə yaralayıb həyatına dəhşətli şəkildə son qoydu
14 iyul 2025 , 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - YENİ TƏYİNATLAR
14 iyul 2025 , 15:54
Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı blogger Rusiya vətəndaşlığından məhrum edildi
14 iyul 2025 , 15:47