Azərbaycan-İran sərhədində öldürülən qaçaqmalçının meyiti ölkəsinə verilib
Onun üzərindən götürülən silah-sursat və narkotik vasitə isə qarşı tərəfə qaytarılmayıb
Azərbaycan-İran sərhədində öldürülən silahlı qaçaqmalçının meyiti ölkəsinə təhvil verilib. Bu barədə APA-ya Yardımlı rayon Polis Şöbəsindən bildirib.
İran vətəndaşı olan sərhəd pozucusunun meyiti Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonu ərazisində, İran-Azərbaycan sərhədində qonşu ölkənin sərhədçilərinə təhvil verilib. Onun üzərindən götürülən silah-sursat və narkotik vasitə isə qarşı tərəfə qaytarılmayıb. Qaçaqmalçının adı açıqlanmır.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan-İran sərhədinin Yardımlı rayonu ərazisində qaçaqmalçılarla Azərbaycan sərhədçiləri arasında atışma baş verib. Azərbaycan-İran sərhədini qanunsuz keçən 4 nəfərdən ibarət dəstə ilə sərhədçilər arasında baş verən silahlı insident zamanı qaçaqmalçılardan biri zərərsizləşdirilib. Digər dəstə üzvləri isə qaçmağa müvəffəq olublar. Hadisə baş verən ərazidən qaçaqmalçılara məxsus 5 kiloqram həşiş, 1 ədəd tapança, 4 ədəd tapança patronu, 1 ədəd tapança gilizi, 2 ədəd avtomat gilizi və 300 blok müxtəlif adda siqaret aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev isə bu gün jurnalistlərə açıqlamasında Azərbaycan-İran sərhədinin Yardımlı rayonu hissəsində müəyyən narahatlıqlar olduğunu və əməliyyat şəraitinin gərgin olaraq qaldığını bildirib. DSX rəisi İran tərəfinin viza rejimini ləğv etməsinin sərhədin qeyri-qanuni keçilməsi, sərhəd pozuntularının sayının azalmasına ciddi təsir göstərmədiyini bildirib.
Konkret statistik rəqəmləri açıqlamayan DSX rəisi onu da vurğulayıb ki, Azərbaycanın dövlət sərhədlərinin daha çox pozulması faktları cənub sərhədlərində baş verir.

Oxşar yazılar

Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olundu
14 iyul 2025 , 17:21
Zaqatalada AĞAC TERRORU: Polis araşdırmalara başladı - VİDEO
14 iyul 2025 , 17:19Çimərliyi ildırım vurdu: Ölənlər və yaralananlar var
14 iyul 2025 , 16:18
Atasını balta ilə yaralayıb həyatına dəhşətli şəkildə son qoydu
14 iyul 2025 , 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - YENİ TƏYİNATLAR
14 iyul 2025 , 15:54
Çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı blogger Rusiya vətəndaşlığından məhrum edildi
14 iyul 2025 , 15:47