Bərdədə gəlin qayınanasını öldürüb
19 avqust 2010 12:30 (UTC +04:00)

Bərdədə gəlin qayınanasını öldürüb

23 yaşlı gəlin həbs olunub

Bərdə rayonunda qətl hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 18-də saat 14:00 radələrində rayonun Mirzalıbəyli kəndi, Yeni
yaşayış massivində yaşayan 1987-ci il təvəllüdlü Bağırova Lalə Nizami qızı ailə münaqişəsi zəminində qayınanası, 1954-cü il təvəllüdlü Cabbarova Səadət Həsən qızına sol çiyin nahiyəsindən bıçaqla ağır xəsarət yetirib. S.Cabbarova aldığı xəsarətdən ölüb.


Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Lalə Bağırova tutulub.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar