Bakıda sərnişin avtobusu aşdı
21 avqust 2010 19:00 (UTC +04:00)

Bakıda sərnişin avtobusu aşdı

Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib

Bu gün Bakı şəhərinin Səbail rayonu Badamdar qəsəbəsində sərnişin avtobusu qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə saat 15:00 radələrində Badamdar qəsəbəsi, “City Market” adlı mağazanın qarşısındakı küçədə baş verib. Qəzaya səbəb 5 saylı sərnişin avtobusunun idarəetməni itirməsi olub və avtobus aşıb.


Təcili Yardım Stansiyasından isə APA-ya bildirilib ki, qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, ölən yoxdur. Yaralılar tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar