Elmira Süleymanova hərbi əsirin qaytarılması ilə bağlı BQXK-ya müraciət edib
Ombudsman Aparatının mətbuat xidmətində APA-ya verilən məlumata görə, məktubda R.Hüseynovun mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya, hər hansı bir zorakılığa məruz qalmamasının təmin edilməsində, BQXK-nın regional nümayəndəlikləri vasitəsilə vəziyyətinin nəzarətdə saxlanılmasında, həmçinin valideynləri ilə məktublaşmasında yardımçı olmaq xahiş olunur.
Qeyd edək ki, erməni mətbuatı Azərbaycan Ordusunun kiçik çavuşu Roman Hüseynovun avqustun 27-də saat 21:00 radələrində cəbhənin şimal istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfə keçdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə mətbuata açıqlamasında böyük ehtimalla R.Hüseynovun yolu azması nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Nazirlik R.Hüseynovun hansı vəziyyətdə əsir götürülməsini araşdırır.

Oxşar yazılar

Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53
Bulvarda batan qadın belə xilas edildi-VİDEO
6 iyul 2025 , 15:16
Şəmkirdə Türkiyə vətəndaşı qəzaya düşdü- Ölən var - YENİLƏNİB
6 iyul 2025 , 14:02
Qazaxda avtomobil aşdı - Şəhid atası öldü
6 iyul 2025 , 13:36
Laçında yük maşını dərəyə aşdı
6 iyul 2025 , 10:13
Daşkəsəndə 21 yaşlı gənc söyüş üstündə qətlə yetirildi - YENİLƏNİB 3
6 iyul 2025 , 08:54
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54