Oruc Zalov: “Rail Rzayevin qətlinin istintaqında yenilik yoxdur”
Daxili işlər nazirinin müavini istintaqın davam etdiyini bildirib
“General Rail Rzayevin qətli ilə bağlı istintaq davam edir”. APA-nın məlumatına görə, bu sözləri daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Üç qurum tərəfindən birgə istintaq qrupunun yaradıldığını qeyd edən nazir müavini istintaq qrupunun işini davam etdirdiyini, istintaqın gedişində hələlik hər hansı yeniliyin olmadığını vurğulayıb: “Bu səbəbdən mən heç nə deyə bilmərəm. İstintaqın gedişində hər hansı yenilik olsa, bu barədə rəsmi məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də qətlə yetirilib. Qətlin araşdırılması üçün Respublika Baş prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə əməliyyat istintaq qrupu yaradılıb.

Oxşar yazılar

Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10