Babəkdə yol qəzasında iki nəfər  xəsarət aldı
29 avqust 2026 20:56 (UTC +04:00)

Babəkdə yol qəzasında iki nəfər xəsarət aldı

0

Babək rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının rayonun Cəhri qəsəbəsindən keçən hissəsində baş verib. “Tofaş” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Samirə Allahverdiyeva və 2009-cu il təvəllüdlü Ümid Musayev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.


Ceyhun Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar