11 yaşlı oğlan atasının hamilə sevgilisini öldürdü
Uşaq 26 yaşlı qadını ov tüfəngi ilə başından vurub
ABŞ-ın Pensilvaniya ştatında dəhşətli qətl törədilib. 11 yaşlı oğlan atasının 8 aylıq hamilə olan sevgilisini odlu silahla qətlə yetirib.
Lent.az-ın məlumatına görə, Cordan Broun adlı uşaq hadisəsini 26 yaşlı qadın yatarkən törədib. O, atasının oğluna ova gedərkən istifadə etməsi üçün aldığı xüsusi hazırlanmış silahla qadını başından vurub və analığı aldığı xəsarətdən hadisə yerində keçinib.
Bundan sonra Cordan heç bir şey olmamış kimi məktəbə yollanıb. Onun 4 yaşlı bacısı analığının meyitini yataq otağında görüb və yaxınlıqdakı odunçulara, onlar isə polisə xəbər veriblər.
Cordan polisə ilk ifadəsində cinayəti etiraf etməyib, evdən çıxarkən yaxınlıqda qara rəngli maşının olduğunu deyib. Ancaq sonradan həqiqəti etiraf etməyə məcbur olub.
Uşağın cinayəti törətməsinin səbəbi hələlik müəyyənləşməyib, ilkin ehtimallara görə, o, analığını qısqanclıq zəminində öldürüb. 11 yaşlı oğlanın böyük adamlar kimi mühakimə olunacaq.

Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28