“Əjdərbəy məscidində ibadət etmək haramdır”
Radikal dinçi qrupun məhkəməsi davam edir
Bakıdakı “LUKoil” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Lent.az-ın məlumatına görə, hakim İslam Nemanovun sədrliyi keçirilən bugünkü prosesdə Milli Ordunun əsgəri Füzuli Abdullayev şahid qismində ifadə verib. O, hərbi xidmətə getməzdən əvvəl təqsirləndirilən şəxsləri tanıdığını, onlarla futbol oynadığını deyib.
“Ancaq onların saqqal saxladıqlarını, qısa şalvar geyindiklərini, şiələrə yaxşı baxmadıqlarını gördüm, vəhhabi olduqlarını başa düşdüm. Bundan sonra onlardan uzaqlaşdım”, - deyə şahid əlavə edib.
Təqsirləndirilən şəxslərdən Kamran Əsədov “Şiə təriqətindən olan din xadimləri də
saqqal saxlayırlar, onlar da vəhhabi deyil ki”, - deyə şahidin söylədiklərinə etiraz edib.
Digər təqsirləndirilən şəxs Kamran Babayev isə “Göy məscid” adı ilə tanınan Əjdərbəy məscidində ibadət etməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, həmin məscidin həyətində qəbirlər olduğundan orada ibadət etmək haramdır: “Quran bu cür yerləri dağıtmağı buyurur”.
Proses günün ikinci yarısında davam etdiriləcək.

Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59