Ramiz Rzayev: “Avropa Məhkəməsi hansısa ölkəni cəzalandıra bilməz”
“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2002-2008-ci illər ərazində Azərbaycandan daxil olan şikayətlərdən 14-ü təmin edib”.
APA-nın xəbərinə görə, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Məhkəmə sədrinin sözlərinə görə, digər ölkələrlə müqayisədə, bu rəqəm elə də böyük deyil: “Bəzi mətbuat vasitələrində Avropa Məhkəməsinin iş prosesi düzgün göstərilmir. Məlumat üçün deyim ki, Avropa Məhkəməsi işin mahiyyətinə yox, prosedurasına baxır və bu barədə qərar verir. Avropa Məhkəməsi bəzi mətbuat orqanlarında yazıldığı kimi, hansısa ölkəni cəzalandıra bilməz”.
R. Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsində mənzil mübahisələri haqda Azərbaycana dair çıxarılan qərarlara da münasibətini bildirib: “Mülkiyyət hüququ qanunla çox ciddi şəkildə qorunur. Son vaxtlar bəzi mənzil sahiblərinin əvvəllər evlərində məskunlaşan məcburi köçkünlərlə bağlı məhkəmələrə müraciət etməsi təbii haldır. Həmin mənzillərdə yaşayan bəzi məcburi köçkünlərin problemləri həll edilib. Qalanlarının probleminin həll edilməsi isə bu barədə hazırlanan Dövlət Proqramına salınıb. Göstəriş verilib ki, bu insanların məskunlaşması üçün Bakıda və Sumqayıtda binalar tikilsin. Prosesin icrası isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb”.

Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59