İstanbulda Xocalı soyqırımı ilə bağlı yürüş-mitinq keçirilib
0
0
İstanbulun mərkəzində Taksimdəki Qalatasaray Liseyinin qarşısında Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı “Xocalıda ədalət” adı altında yürüş keçirilib. Beynəlxalq Diaspora Mərkəzi (BDM), Türkiyədəki Azərbaycanlıların Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Qalatasaray Liseyinin önündən başlayan yürüş Taksim Meydanına qədər davam etdirilib. Bu barədə Lent.az-a BDM-in mətbuat xidmətindən məlumat verilib.
Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, “Xocalı soyqırımdır”, “Qarabağ Azərbaycanındır”, “AB-BM-AIHM Xocalı soyqırımını tanısın” plakatları tutaraq, “Xocalı yalnız deyildir”, “Xocalıya ədalət”, “Qarabağ Azərbaycanındır”, “Qarabağın işğalını və Xocalı qətliamını unutma!”, “Qarabağ türk dünyasının qanayan yarasıdır”, “Xocalının hesabı sorulacak”, “Qarabağ türkdür, türk qalacaq” şüarlarını səsləndirən mitinq iştirakçıları Xocalı soyqırımının günahkarlarının cəzalandırılması, işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması tələblərilə şüarlar səsləndiriblər.
Mitinqdə iştirak edən BDM sədri İsmayıl Ağayev, Azərbaycanlıların Dayanışma Dərnəyinin sədri Timur Səlcuk mətbuat nümayəndələri qarşısında Xocalı soyqırımı və ermənilərin törətdikləri vəhşiliklərlə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, mitinq keçirilməsində məqsəd həm də Dağlıq Qarabağın işğalının və Xocalı faciəsinin dəhşətlərinin dünya ictimaiyyətinə, BMT-yə, Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırmaqdır.
Mitinqdə Türkiyənin müxtəlif siyasi partiya liderləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Pərvin ABBASOV

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24