Yastıqda görünən bu əlamət  təhlükəli xəstəliyin xəbərçisi ola bilər
31 avqust 2026 19:40 (UTC +04:00)

Yastıqda görünən bu əlamət təhlükəli xəstəliyin xəbərçisi ola bilər

0

Həkimlər yastıq və yataq dəstində görünə bilən, lakin çox vaxt diqqətdən kənarda qalan bir simptom barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, bu əlamət bəzi hallarda ciddi xəstəliklərin, o cümlədən xərçəngin göstəricisi ola bilər.

Lent.az xəbər verir ki, söhbət gecələr həddindən artıq tərləmədən gedir. Belə hallarda insan yuxudan oyandıqda yastığın, mələfənin və hətta paltarlarının tamamilə islandığını görə bilər.

Mütəxəssislər bildirirlər ki, xərçəngin simptomları onun orqanizmdə yerləşdiyi nahiyədən asılı olaraq dəyişə bilər. Məsələn, ağciyər xərçəngi davamlı öskürəklə, bağırsaq xərçəngi isə nəcisdə qanla özünü göstərə bilər. Gecə tərləməsi isə daha qeyri-spesifik əlamət olduğundan çox vaxt zərərsiz hal kimi qəbul edilir.

Gecə tərləməsi nədir?

Gecə tərləməsi otağın temperaturu normal və ya sərin olduğu halda insanın yataq dəsti və paltarlarının islanacaq dərəcədə güclü tərləməsidir.

Həkimlər vurğulayırlar ki, gecə tərləməsi həmişə xərçəng əlaməti deyil. Bu vəziyyət infeksiyalar, yüksək hərarət, bəzi dərmanların əlavə təsirləri və menopauza kimi hormonal dəyişikliklərlə də bağlı ola bilər.

Bununla yanaşı, bəzi onkoloji xəstəliklərdə güclü gecə tərləməsinə daha çox rast gəlindiyi bildirilir. Bunlara Hodgkin limfoması, leykoz, karsinoid şişlər, mezotelioma, sümük xərçəngi, prostat və böyrək xərçəngi, həmçinin qalxanabənzər vəzin medulyar xərçəngi daxildir.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Əgər insan mütəmadi olaraq gecələr güclü tərləmə səbəbindən oyanır, yataq dəsti və paltarları islanırsa, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək tövsiyə olunur.

Mütəxəssislər qeyd edirlər ki, belə bir simptomun olması avtomatik olaraq xərçəng diaqnozu demək deyil. Lakin davamlı və səbəbi bilinməyən gecə tərləməsini diqqətdən kənarda qoymamaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar