İctimai Televiziyaya qarşı qaldırılan iddia əsassız hesab olunub
Qarşı tərəfin üzərinə qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub
Bu gün Bakı 1 saylı Yerli İqtisad Məhkəməsində "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının birlikdə İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı qaldırdığı iddia və İctimai Teleradionun qaldırdığı qarşılıqlı iddia üzrə məhkəmənin yekun qərarı elan olunub. Bu barədə Lent.az-a şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Məhkəmə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının qaldırdığı iddianı əsassız sayaraq, rədd edib.
İctimai Teleradionun "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasınına qarşı qaldırdığı qarşılıqlı iddia isə təmin olunub. Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin çıxardığı qətnamə ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İctimai Televiziya ilə Azərbaycan filmlərinin yayımı, qonararın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.
Xatırladaq ki, qarşı tərəf məhkəmədən İTV-nin “Azərbaycanfilm” Kinostudiyasına 58 433 manat, Professional Kinorejissorlar Gildiyasına isə 7 393 manat (ümumilikdə 65 826 manat) ödəməsini istəyirdi.
Pərvin ABBASOV

Oxşar yazılar

Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59