Azərbaycan vətəndaşı “Türk Hava Yolları”nı cərimələtdirdi
0
0
Onun iddiasını Ali Məhkəmə təmin edib
Azərbaycan vətəndaşı Həsənova (Moqubeliyeva) Vəfa Allahverdi qızı “Türk Hava Yolları”nın cərimələnməsinə nail olub. Azərbaycan Ali Məhkəməsindən Lent.az-a verilən məlumata görə, V.Həsənova borcun və zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib. Belə ki, V.Həsənova “Türk Hava Yolları”nın xidmətindən istifadə edərkən baqajı itib. Onun hansı marşrutla uçduğunun dəqiqləşdirmək mümkün olmasa da, baqajın Azərbaycan ərazisində itdiyi bildirilib. V.Həsənova dəyən mənəvi və maddi ziyana görə “Türk Hava Yolları”nın 10 min manat ödəməsini istəyib. Əvvəlki məhkəmə instansiyaları azərbaycanlı xanımın iddiasını təmin etməyib.
Azərbaycan Ali Məhkəməsinin hakimi Rəşadət Ağayevin sədrliyilə keçirilən məhkəmədə zərərçəkənin iddiası qismən təmin olunub. Hakim “Türk Hava Yolları”nın V.Həsənovaya 500 manat ödəməsi barədə qərar çıxarıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24