“Dəvəçi işi” ibtidai istintaqa qaytarıla bilər
0
0
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonun Dağbilici kənd sakinləri Reyhanə və Nailə Məcidovları qətlə yetirməkdə təqsirləndirilən Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin nümayəndələri də iştirak ediblər.
Məhkəmədə zərərçəkmiş tərəfin nümayəndəsi cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırıb: “Biz tapılan meyitin Nailə Məcidova olmasına şübhə edirik. Çünki əlamətlər üst-üstə düşmür. Reyhanə Məcidovanın meyiti isə indiyə kimi tapılmayıb”.
Prokuror Azər Osmanov isə həmin vəsatəti müzakirə etmək üçün vaxt istəyib: “Vəsatət prokurorluqda müzakirə olunduqdan sonra münasibət bildirə bilərəm”.
Proses aprelin 2-də davam etdiriləcək.
Qeyd edək ki, İsmayılov qardaşlarının cinayət işində 11 zərərçəkmiş, 33 nəfər isə şahid var. İttiham aktına əsasən qardaşların Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.
2007-ci ilin avqustun 6-da qətlə yetirilən Nailə və Reyhanə Məcidova bacılarından birincisinin meyiti avqustun 9-da Samur-Abşeron kanalından tapılsa da, Reyhanənin meyiti tapılmayıb.
Şəhriyar Əlizadə

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24