Şirvanda 70 yaşlı qadını 25 bıçaq zərbəsi ilə öldürdülər
0
0
Qadının boynu kəsilib, döş qəfəsində, kürək nahiyəsində və bədənin digər hissələrində çoxsaylı bıçaq zərbələri olub
Azərbaycanın Şirvan şəhərində 70 yaşlı qadın amansızlıqla qətlə yetirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Prokurorluğundan məlumat verilib.
Şirvan sakini, Nizami küçəsi 5 a ünvanında yaşayan, 1939-cu il təvəllüdlü Cabbarova Böyükxanım Məmməd qızının meyiti yaşadığı evin hamamında səhər saatlarında həyat yoldaşı tərəfindən tapılıb. Qətl hadisəsinin gecə saatlarında baş verdiyi güman edilir. Şirvan şəhər Məhkəmə Tibb Ekspertizası və Patoloji anatomiya şöbəsinin müdiri Eldar Məmmədovun bildirdiyinə görə, meyitin üzərində 25 bıçaq yarası aşkar edilib. Qadının boynu kəsilib, döş qəfəsində, kürək nahiyəsində və bədənin digər hissələrində çoxsaylı bıçaq zərbələri olub.
Hələlik qətlin kimin tərəfindən törədildiyi müəyyənləşdirilməyib. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, təhqiqat gedir.

Oxşar yazılar

Bakıda FACİƏ: sirkə turşusu içən qadın öldü
5 sentyabr 2025 , 16:39
Bakıda evdən 16 min manatlıq qızıl oğurlandı - POLİSDƏN ƏMƏLİYYAT
5 sentyabr 2025 , 14:55
Naftalanda parkda meyit tapıldı
5 sentyabr 2025 , 14:12
“Tərtər işi”ndən YENİ XƏBƏR
5 sentyabr 2025 , 12:54
Bakıda daha bir PİYADA FACİƏSİ: yolu keçəndə maşın vurub öldürdü
5 sentyabr 2025 , 12:03
Adəm Məmmədov həbsdən buraxıldı
5 sentyabr 2025 , 11:38
Göygöldə meyit tapıldı
5 sentyabr 2025 , 11:24