Keşlə Ət Kombinatındakı yanğın söndürülüb
Hadisə nəticəsində xəsarət alan olmayıb
Bu gün səhər saat 9.00 radələrində Nizami rayonu ərazisində yerləşən Keşlə Ət Kombinatında başlayan yanğın söndürülüb.
Lent.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğının qarşısının alınması üçün əraziyə Nizami və ətraf rayonların Yanğından Mühafizə Xidmətinin əməkdaşları, Mülki Müdafiə Qoşunlarının əsgərləri cəlb olunub. Küləkli hava şəraiti yanğının söndürülməsinə maneçilik törətməsinə baxmayaraq, alov nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev Lent.az-ın əməkdaşına bildirib ki, yanğın təxminən 1000 kv.m ərazidə, fəaliyyət göstərməyən sexdə başlayıb. Əvvəlcə sexin ətrafına yığılmış kipləşdirilmiş karton qutular yanıb. Sonra alov istifadə edilməyən, sökülməkdə olan tikililərə keçib. Hazırda alovun qarşısı tam alınıb. Kipləşdirilmiş kartonların tam söndürülməsi üçün əraziyə buldozer gətirilib.
Qeyd edək ki, hazırda fəaliyyətini dayandırmış kombinatın ərazisində ayrı-ayrı sexlər fəaliyyət göstərir. Yanğın kağız tullantılarının emalı sexində başlayıb.
Hadisə barədə ilk məlumatı APA yayıb.
Elşən Məmmədov

Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28