Azərbaycan 3 İran vətəndaşını beynəlxalq axtarışa verib
08 sentyabr 2010 13:49 (UTC +04:00)

Azərbaycan 3 İran vətəndaşını beynəlxalq axtarışa verib

Azərbaycan üç İran vətəndaşı barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edib. APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.


Bunlar 50 yaşlı Cəmşid Əlizadeh, 38 yaşlı Şahruz Mastalızadeh və 27 yaşlı Şahram İsmailidir. Transmilli cinayətkar dəstə üzvü olan C. Əlizadeh, həmçinin qanunsuz silah gəzdirmə və narkotik qaçaqmalçılığında ittiham olunur.

İnterpolun axtardığı digər İran vətəndaşları isə narkotik qaçaqmalçılığında günahlandırılırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar