Xaçmazda narkotik alverçisi tutulub
08 sentyabr 2010 13:55 (UTC +04:00)

Xaçmazda narkotik alverçisi tutulub

Xaçmaz rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 33 yaşlı Ərəstun İsmayılovun mənzilindən 54 qabda qablaşdırılmış, ümumi çəkisi 1.8 qram olan heroin tapıb.

Xaçmaz rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, Ə.İsmayılov istintaqa verdiyi ifadəsində narkotik vasitə aludəsi olduğunu və heroini satdığını etiraf edib.

Faktla bağlı AR CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar