Bakıda qısqanclıq zəminində qətl
08 sentyabr 2010 14:28 (UTC +04:00)

Bakıda qısqanclıq zəminində qətl

Bu gecə - sentyabrın 8-də Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2 dost birlikdə bir nəfəri döyərək öldürüb.


Məlumata əsasən, Elmar Tağıyev dostu İlyas Əliyevlə birlikdə 29 yaşlı Nazim Mehdiyevi döyüb. Gecə saat 02:00 radələrində Keşlə qəsəbəsində baş vermiş hadisə zamanı döyülən şəxs ölüb.


Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Qətli törədən hər iki şəxs tutulub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar