
Bakıda 16 yaşlı məktəblini maşın vurdu
0
0
Bakının Xətai rayonu ərazisində 16 yaşlı məktəblini avtomobil vurub. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 08:35 radələrində rayonun “Nobel” prospekti 110 ünvanında qeydə alınıb. Orxan Cəfərovun idarə etdiyi 10 BO 566 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 16 yaşlı məktəbli Elnur Məmmədovu vurub. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
0
0
Oxşar yazılar

Ağcabədidə DƏHŞƏT: Qardaş 16 yaşlı bacısını öldürdü
5 sentyabr 2025 , 21:52Qəza Bakı-Sumqayıt yolunda tıxac yaratdı
5 sentyabr 2025 , 20:55
Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının ibtidai istintaqa ifadələrinin məhkəmədə elan olunması başa çatıb
5 sentyabr 2025 , 20:18
Sarayda FACİƏ: ailəsi 35 yaşlı kişinin meyitini tapdı
5 sentyabr 2025 , 19:29
Astarada qarpızdan kütləvi zəhərlənmə -YENİLƏNİB
5 sentyabr 2025 , 18:09
Keçmiş hakim yenidən həbs edildi
5 sentyabr 2025 , 18:00
Bakıya daxil olan "avtovoz" hərəkəti iflic etdi - 16 DƏQİQƏ TIXAC
5 sentyabr 2025 , 17:30