Bakıda avtobus qəzaya uğrayıb, yaralananlar var
10 sentyabr 2010 18:48 (UTC +04:00)

Bakıda avtobus qəzaya uğrayıb, yaralananlar var

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 15.30 radələrində Gəncə prospektində - “Fəridə” şadlıq sarayının qarşısında baş verib.

Qəzaya səbəb 201 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsünün idarəetməni itirməsi olub. Nəticədə 10-a yaxın sərnişin yaralanıb. Onlardan 6 nəfərinin vəziyyəti ağır olduğundan, Kliniki Tibbi Mərkəzə (KTM) aparılıblar.

KTM-dən isə APA-ya bildirilib ki, xəstələrin vəziyyəti normaldır. Onlardan bəziləri müalicəsini stasionar şəkildə davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar