Cəbhə xəttində erməni casusu tutulub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər Ermənistanın xüsusi xidmət orqanlarına məxsus olan kəşfiyyat qrupları təmas xəttində təxribat məqsədilə əməliyyatlar keçirməyə cəhd etsələr də, qarşıları qətiyyətlə alınıb.
Sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.
Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29