
Yanacaqdoldurma məntəqəsi partladı: 3 yaralı
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05.30 radələrində rayonun Digah kəndi ərazisində, Ələt-Astara avtomobil yolunun kənarında yerləşən “Diqaz” yanacaqdoldurma məntəqəsində baş verib. Əvvəlcə maye qazla dolu çənlərin biri partlayıb. Yanğının əhatə dairəsinin genişlənməsi daha iki çənin partlamasına səbəb olub. Partlayış zamanı məntəqənin işçilərindən Lənkəran şəhər sakini, 1968-ci il təvəllüdlü Teymur Əlimusa oğlu Əliverdiyev, Lənkəran rayonunun Cil kənd sakinləri, 1964-cü il təvəllüdlü Firdovsi Balaxan oğlu Əkbərov və 1966-cı il təvəllüdlü İzzət Qüdrət oğlu Rufullayev müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional İdarəsinin xilasediciləri və yanğınsöndürən briqadalar cəlb olunub. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Oxşar yazılar
Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
İmişlidə məktəblilərin öldüyü qəzaya görə saxlanılanlara hökm oxundu
3 iyul 2025 , 18:40
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10
Beyləqanda yeniyetmə kanalda batdı
3 iyul 2025 , 16:18Şəmkirdə su anbarında batan gənc qızın meyiti tapıldı
3 iyul 2025 , 16:13
Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü
3 iyul 2025 , 16:02