Günün tarixi
18 sentyabr 2010 00:20 (UTC +04:00)

Günün tarixi

0
1048. Səlcuq qoşunu ilə Bizans arasında döyüş birincinin qələbəsi ilə başa çatıb

1783. İsveçrə riyaziyyatçısı Leonard Eyler anadan olub

1851. “New York Times” qəzeti nəşrə başlayıb

1885. Bəstəkar və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və operasının banisi Üzeyir Hacıbəyov anadan olub. Bu tarix Azərbaycanda “Üzeyir musiqi günü” kimi qeyd olunur

1918. Qafqaz islam ordusunun Bakıya daxil olması şərəfinə Bakı milyonçuları böyük ziyafət təşkil edib

1923. Xankəndinin adı dəyişdirilərək, “Stepanakert” adlandırılıb

1932. Səudiyyə Ərəbistanı təşkil olunub

1967. ABŞ Çin hücumlarından qorunmaq üçün raketdən müdafiə sistemi quracağını bəyan edib

1973 ADR və AFR BMT-yə üzv olub

1981. Fransada ölüm hökmü ləğv edilib

1988. Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar Tehranın Mehr xəstəxanasında vəfat edib

1994. Bakıda Niyazinin ev muzeyi açılıb

2006. Antalyada türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı başlayıb

2006. Qafqaz Müsəlmanları İdarəsi Roma papası XVI Benediktin İslam dininə qarşı iftiralarını pisləyib

2008. Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəyovun adı verilib

2009. QDİƏT-in Fövqəladə hallar nazirlərinin Bakı toplantısı keçirilib. FHN Ermənistana dəvətnamə göndərsə də, İrəvan iclasa nümayəndə göndərməyib

2009. Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfərinə etiraz olaraq Azərbaycan XİN BMT-yə etiraz notası göndərib.

Günün aforizmi

“Yaxın və Orta Şərq professional musiqisi üçün Ü. Hacıbəyovun yaradıcılığı böyük bir məktəbdir. Bu məktəbi hələ çoxları keçəcək, bu məktəbdən çoxları öyrənəcək”.

Fikrət Əmirov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 695

Oxşar yazılar