
Xaçmazda qəza 1 ölü, 1 yaralı
Bu gün Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayon Xudat şəhər sakini 41 yaşlı Telman Ataxanovun idarə etdiyi 27 BG 416 dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək yolun kənarındakı qoz ağacına çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin Qalib Ağayev isə hadisə yerindəcə dünyasını dəyişib. Xudat şəhər xəstəxanasından Lent.az-a verilən məlumata görə, Telman Ataxanovun vəziyyəti isə yüngüldür. Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10