Gəncədə 3 avtomobil toqquşub, 1 yaralı
19 sentyabr 2010 12:45 (UTC +04:00)

Gəncədə 3 avtomobil toqquşub, 1 yaralı

Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Gəncə sakini, 1983-cü il təvəllüdlü Cəfərov Murad Hüseyn oğlunun idarə etdiyi «Wolksvagen» markalı, 90 FF 844 dövlət nömrə nişanlı avtomobil nəticəsində yolun sol kənarında dayanmış Goranboy rayon sakini Əzizov Mehrab Akif oğluna məxsus «VAZ 21 07» markalı, 20 CJ 921 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbə nəticəsində «VAZ 21 07» markalı avtomaşın 1965-ci il təvəllüdlü Gəncə sakini Məmmədov Rəhman Adil oğlunun idarə etdiyi «Opel» markalı, 10 SX 602 dövlət nömrə nişanlı avtomobilə dəyib. Sürücü Rəhman Məmmədov yaralanıb və xəstəxanaya aparılıb.

3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Şahin Quliyevin Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, xəstəyə lazımi tibbi yardım edilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsindən araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar