Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə Samux-Kür yolunda qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarına aşıb. Qəza zamanı sürücü 1975-ci il təvəllüdlü A.Həmzəyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu