Sabah 26 dərəcə isti olacaq
26 aprel 2026 12:39 (UTC +04:00)

Sabah 26 dərəcə isti olacaq

0

Aprelin 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Lent.az-a  Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında gecə və səhər arabir duman olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq.

Hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir

Aprelin 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar