Maştağada su boruları, işıq dirəkləri və kabel oğurlandı
22 sentyabr 2010 10:40 (UTC +04:00)

Maştağada su boruları, işıq dirəkləri və kabel oğurlandı

Sentyabrın 20-də Bakının Maştağa qəsəbəsində bağ evindən təmirdə istifadə edilən kommunikasiya şəbəkəsi vasitələri oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Vəli Gözəlovun bağ evinin həyətindən 15 ədəd su borusu, 15 ədəd işıq dirəyi və 300 metr kabel oğurlanıb.


Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Aftandil Səfərov və Mirağa Əliyev tutulublar.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715

Oxşar yazılar