Xəstəxanadan oğurluq edən şəxs tutulub
0
0
İyun ayında Sabunçu rayonundakı xəstəxanadan xəstələrin şəxsi əşyalarını oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata əsasən, iyunun 27-nə keçən gecə Sabunçu qəsəbəsində yerləşən 3 saylı xəstəxanada pəncərədən keçmə yolu ilə orada müalicə olunanlar Yusif Həbibovun və Mirqulam Əliyevin mobil telefonları və bir ədəd noutbuk oğurlanıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Aslan Mətlubi dünən – sentyabrın 21-də tutulub.
Vüqar Baba