Buzovna sakini qardaşını bıçaqladı
0
0
Sentyabrın 22-dən 23-ə keçən gecə Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Buzovna sakini birlikdə yeyib-içdiyi qardaşını bıçaqlayıb.
31 yaşlı Valeri Lixaçov İqoriviç qardaşı, 20 yaşlı Nikolay Makovskıy Markoviçi ağır yaralayıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Valeri Lixaçov qardaşını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində onu saxlayıb. Məlumata əsasən, qardaşlar hadisədən əvvəl birlikdə oturub yemək yeyib və spirtli içki qəbul ediblər. Spirtli içkinin də təsiri ilə qardaşlar arasında mübahisə düşüb. Bu zaman Valeri Lixaçov qardaşını mətbəx bıçağı ilə vurub.
Vüqar Baba