“Mercedes” traktora çırpıldı: 1 ölü, 5 yaralı
23 sentyabr 2010 12:15 (UTC +04:00)

“Mercedes” traktora çırpıldı: 1 ölü, 5 yaralı

Quba rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bakı-Quba yolunun 151-ci kilometrliyində baş verib. Qusar rayonu Quxuroba kənd sakini Əlimov Valeh Ləşkər oğlunun idarə etdiyi 10 TT dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını “Belarus” markalı traktora çırpılıb.

Qəza nəticəsində Dağıstan vətəndaşı Maqomedova Gitinayaf Maqomedxanovna həlak olub, daha beş nəfər isə yaralanıb.

“Mercedes”in sürücüsü də daxil olmaqla, avtomobildə olan Rusiya vətəndaşları - 21 yaşlı Əhmədova Xadijat Abdurrahmanovna, 33 yaşlı Gimbatova Diana Hüseynovna və 34 yaşlı Süleymanova Suaybat Hüseynovna xəsarət alıb.

Traktorun sürücüsü, Quba rayonu Amsarpalasa kənd sakini Seyfiyev Ramiz Əzim oğlu da yüngül xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə xəsarət alanların vəziyyəti qənaətbəxşdir. Onlar bu gün evlərinə buraxılacaq.

Hadisəni Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsinin əməkdaşları araşdırırlar. Şöbənin müstəntiqi Hikmət Kərimovun Lent.az-a verdiyi məlumata görə, hadisəyə səbəb “Mercedes”-in sürücüsünün diqqətsizliyi və traktorun arxa işıqlarının saz olmamasıdır.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar

Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57
Binəqədidə narkokuryerlik edən tiktoker  saxlanıldı -VİDEO

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı -VİDEO

19 iyun 2025 , 13:50
Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

19 iyun 2025 , 10:45
70 kiloqram qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kiloqram qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30
Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50