Rusiyada adam öldürdü, Azərbaycanda tutuldu
23 sentyabr 2010 15:03 (UTC +04:00)

Rusiyada adam öldürdü, Azərbaycanda tutuldu

Rusiyada adam öldürmüş şəxs Azərbaycanda tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı Nadir Rəhimov yaxalanıb.


Rusiya vətəndaşı DİN Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar