Azərbaycanlı qadın körpəsini İstanbul xəstəxanasında qoyub qaçdı
Türkiyədə Azərbaycan əsilli Aynur Əhmədova viza rejimini pozduğu üçün İstanbulda saxlanılıb.
Lent.az-ın “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, ölkədən çıxarılmaq üçün İstanbulun Kumkapı qəsəbəsindəki miqrantlar şöbəsinə gətirilən Aynur Əhmədova hamilə olub. Şöbədə sancıları başlayan Aynur Əhmədova xəstəxanaya aparılıb. O, burada bir oğlan uşağı dünyaya gətirib. Daha sonra körpəsi xəstəxanada qalan Aynur Əhmədovanı yenidən miqrantlar şöbəsinin binasına gətirilib. O, doğuşdan 1 həftə sonra özünü yaxşı hiss etmədiyini və xəstəxanaya getmək istədiyini söyləyib. Qadın olduğu üçün ona həssaslıqla yanaşılıb və qadın polis əməkdaşı Y.P. ilə xəstəxanaya yola salınıb. Aynur Əhmədova xəstəxananın girişinə çatanda durumunun ağırlaşdığını bildirib və yerə yıxılıb. Həkimlər onu aparıblar. Aynur Əhmədovanın müalicəsi üçün uzun müddət gözləyən polis əməkdaşı həkimlərdən onun vəziyyətini soruşub. Həkimlər isə Aynur Əhmədovanın artıq xəstəxanada olmadığını nəzərə çatdırıblar.
Axtarışlara baxmayaraq, Aynur Əhmədovanı tapmaq mümkün olmayıb. O, qaçarkən övladını da xəstəxanada qoyub. Xəstəxana bir həftəlik uşağa qayğı göstərməyi üzərinə götürüb. Polis Aynur Əhmədovanı Türkiyənin hər yerində axtarır.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29