Gəncədə 3 avtomobil toqquşdu
24 sentyabr 2010 15:24 (UTC +04:00)

Gəncədə 3 avtomobil toqquşdu

Şəhərin Heydər Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsində 3 avtomobil toqquşub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Gəncə sakinləri Pərviz Abbasovun idarə etdiyi «VAZ 21 06» markalı, 44 BB 402 dövlət nömrə nişanlı, 1944-cü il təvəllüdlü Abbas İsmayılovun idarə etdiyi «VAZ 21011» markalı və İsgəndərov Rafael İsgəndər oğlunun idarə etdiyi «VAZ 21 06» markalı, 20 AA 291 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində 1 nəfər yaralanıb. «VAZ 21011» markalı avtomobilin sərnişini İsmayılova Mariya Fyodr qızı xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar