Dəvəçidə ərzaq daşıyan iki vaqon aşıb
24 sentyabr 2010 17:34 (UTC +04:00)

Dəvəçidə ərzaq daşıyan iki vaqon aşıb

0
“Azərbaycan dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a bildiriblər ki, hadisə dünən günorta saatlarında Dəvəçi-Şirvan mənzilinin 2526-cı kilometrliyində olub. Belə ki, Dəvəçi kəndinin ərazisində dəmir yolu keçidində relsin sınması nəticəsində yük qatarının sonuncu 2 vaqonu relsdən çıxıb. Ərzaq məhsulları ilə yüklənmiş vaqon qarşıdan gələn yük qatarının sonuncu 2 vaqonuna dəyib. Nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayanıb.


Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman çərçivəsində görülən tədbirlər nəticəsində hər iki istiqamətə qatarların hərəkəti bərpa olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 881

Oxşar yazılar