Polad Bülbüloğlu Ermənistanda olub
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ermənistana səfər edib. Lent.az-ın “tert.am” saytına istinadən verdiyi məlumata görə, səfərin məqsədi MDB ölkələri gənclər simfonik orkestrinin Aram Xaçatryan adına konsert zalında verdiyi konsertdə iştirak etmək olub.
Qeyd edək ki, məşhur skripkaçı, dirijor, “Moskva Virtuozları” orkestrinin yaradıcısı və rəhbəri, SSRİ xalq artisti Vladimir Spivakovun başçılq etdiyi orkestrin heyətində 5 azərbaycanlı da var. Konsertdə Polad Bülbüloğlunu Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB ölkələri Dövlətlərarası humanitar əməkdaşlıq Fondunun icraçı direktoru Arman Smbatyan, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko müşayiət ediblər.
Xatırladaq ki, bundan əvvəl Polad Bülbüloğlu, Armen Smbatyan və Mixail Şvıdkoy Bakıda olublar. Onlar sentyabrın 22-də filarmoniyada “Üzeyir Hacıbəyov-125” beynəlxalq musiqi festivalı çərçivəsində Vladimir Spivakovun rəhbərliyi ilə MDB ölkələri gənclər simfonik orkestrinin konsertinə qulaq asıblar.

Oxşar yazılar

Şəkidə yol qəzası baş verdi, ölən var
17 avqust 2025 , 08:03
DSX Aparatının inzibati binasında yanğın baş verdi
17 avqust 2025 , 05:51
Atasının traktorundan yıxılıb təkərin altında can verdi
16 avqust 2025 , 18:29
Müğənni Rəqsanə HƏBS OLUNDU - Yarım milyonluq DƏLƏDUZLUQ
16 avqust 2025 , 18:10
Şəkidə maşın ağaca çırpıldı, ana və 2 uşağı yaralandı
16 avqust 2025 , 16:58
Balakəndə DƏHŞƏT: camış sahibini vurub öldürdü
16 avqust 2025 , 16:43
Bakıda nömrəsiz və "miqalka"lı "Opel" sürücüsü həbs olundu - VİDEO
16 avqust 2025 , 16:34