Faiq Ağayevin qara ciyəri və yoğun bağırsağı zədələnib
“Hər üç şəxsin vəziyyəti qənaətbəxşdir. Onların hamısının əməliyyatı müxtəlif cür, amma təqribən bir saat davam edib”. Lent.az-ın məlumatına görə, bu fikirləri dünən gecə bıçaqlanan xalq artisti Faiq Ağayev və onun iki mühafizəçisini müalicə edən Kliniki Tibbi Mərkəzin məsul cərrahı, tibb elmləri doktoru Ədalət Dadaşov deyib.
Dadaşov hər üç xəstənin müalicəsinin effekt verdiyini bildirib. Onun sözlərinə görə, Faiq Ağayev qarnının ön divarından bıçaq zərbəsi alıb: “O biri zərbələr boşluqlara keçməyib. Qara ciyəri çox səthi zədələnib. Yoğun bağırsağında da zədə var. Bərpa olunurlar. Ciddi təhlükə gözlənilmir”.
Dadaşov bildirib ki, müalicənin nəticəsindən asılı olaraq, yaralıların nə vaxt xəstəxanadan çıxacaqları müəyyənləşəcək: “Hazırda hər üç xəstə reanimasiyadadır. Ayağındakı yara ilə əlaqədar Ağayevin gəzməyində təhlükə yoxdur. Hələlik xəstələr reanimasiyada qalacaqlar. Bir neçə gündən sonra onların xəstəxanadan çıxmaları gözlənilir”.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Faiq Ağayev ötən gecə, Bakıda keçmiş “Kubinka” adlanan ərazidə bıçaqlanıb. Xalq artistinin mühafizəçiləri Ramin Bayramov və Azər Musayevlə birgə naməlum şəxslər tərəfindən bıçaqlandıqları bildirilib.
Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb.
Hadisənin kimin tərəfindən və hansı məqsədli törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lalə Yusifqızı

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16