Gəncədə 3 avtomobil qəzası baş verib
Sentyabrın 26-da Gəncədə 3 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, saat 15.00 radələrində Mirzə Abbas Abbaszadə küçəsində 1968-ci ildə anadan olmuş Həmzəyev Ramiz İsmayıl oğlunun idarə etdiyi «VAZ 21 06» markalı, 20 CD 784 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyada, 1928-ci il təvəllüdlü Gəncə sakini Vəliyev Həsənəli Mustafa oğlunu vurub. Yaralanan piyada xəstəxanaya aparılıb.
Daha bir yol qəzası saat 19.00 radələrində Atatürk prospektində olub. Gəncə sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Tahir oğlu «VAZ 21 015» markalı, 20 CF 177 nişanlı avtomobillə piyada, 1992-ci ildə anadan olmuş şəhər sakini Musayev Kamil Alim oğlunu vurub. Piyada yaralanıb. Saat 20.00 radələrində isə Zülfü Hacıyev küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində 1975-ci ildə anadan olan Əliyev Məhəmməd Məmməd oğlunun idarə etdiyi «VAZ 21 011» markalı, 51 BA 705 nişanlı avtomobillə, Kəlbəcərli məcburi köçkün, 1978-ci il təvəllüdlü Mehrəliv Niyaz Köçəri oğlunun idarə etdiyi «VAZ 21 07» markalı, 23 BE 842 dövlət nömrə nişanlı avtomaşın toqquşub.
Nəticədə hər iki sürücü yaralanıb. Faktlarla bağlı araşdırma aparılır.
Vüsalə Cənnətova

Oxşar yazılar

Dənizdə batma təhlükəsində olan gənc qız xilas edildi - VİDEO
5 iyul 2025 , 11:32
Sabirabadda gənc oğlan Kür çayında boğuldu
5 iyul 2025 , 09:52
Bakıda üç avtomobil toqquşdu
5 iyul 2025 , 03:08
Şəkidə sürücünün ürəyi tutdu, qəza edib öldü
5 iyul 2025 , 00:31
Şəmkirdə 3 azyaşlı göldə batdı - YENİLƏNİB
4 iyul 2025 , 19:29
Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15